Dünya çempionatında final kimi yarıfinal: Almaniya-Braziliya!
Futbol üzrə Braziliya millisi dünya çempionatının 1/4 final qarşılaşmasında Kolumbiya yığmasını məğlub edi. Fortaleze şəhərindəki "Kastelan" stadionunda keçirilən oyun turnirin ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.
Qarşılaşmada hesab gözlənildiyindən tez açıldı. 7-ci dəqiqədə müdafiəçi Tyaqo Silva Braziliya millisini hesabda irəli çıxardı.
Birinci hissə braziliyalıların 1:0 hesablı üstünlüyü ilə başa çatdı.
69-cu dəqiqədə Braziliya müdafiəsnin daha bir oyunçusu fərqləndi. David Luis hesab arasındakı fərqi artırdı.
80-ci dəqiqədə kolumbiyalılar buraxılan qollardan birinin əvəzini çıxdılar. Braziliya millisinin qapıçısı Julio Sezarın rəqib hücumçu Adriane Ramosa qarşı kobud oyunundan sonra penalti təyin edildi. Bu imkandan uğurla yararlanan Xames Rodriges dünya çempionatındakı altıncı qolunu vurdu və ən sərrast oyunçuların yarışında liderliyini möhkəmlətdi. Braziliya 2 - Kolumbiya 1.
Bu, oyunda vurulan sonuncu qol vuruldu. Beləliklə, Braziliya millisi dünya çempionatının yarımfinalına vəsiqə qazandı. Braziliyalıların iyulun 9-undakı yarımfinalda rəqibi turnirin digər favoriti - Almaniya millisi olacaq.