Qonşusunu televizorsuz qoyan şəxs tutuldu

Göygöl Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, Göygöl rayon Quşqara kənd sakini, 1991-ci il təvəllüdlü Məzhər Hüseynov həmkəndlisi Emin Məmmədova məxsus mənzilin pəncərəsindən içəri daxil olaraq oradan 300 manat dəyərində 1 ədəd "LG" markalı televizoru və 700 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinir. Polis idarəsinə dəvət olunan Məzhər Hüseynov əməlini etiraf etməklə oğurladığı qiymətli əşyaları istintaqa təhvil verib. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv