Narkotik becərən şəxs: "Məhsulu dərmək istəyirdim, qismət olmadı"
Sabirabad rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, “Xaş-Xaş 2014” tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonun Qalağayın kənd sakini 1978-ci il təvəllüdlü Salmanov Samir İbrahim oğluna məxsus həyətyanı sahədən 40 ədəd əkilib becərilməsi qadağan olunan narkotik tərkibli çətənə kolları və 80 ədəd kibrit qutularına doldurularaq qablaşdırılmış qurudulmuş marixuana olan narkotik vasitə aşkar olunaraq götürülüb. Saxlanılan şəxs narkotiki hansı məqsədlə əkib-becərdiyini belə izah edib.
"Rəis, kəsəsi heç bilmirəm bu nədir. Ehtiyac var idi, xəstələr var evdə. Əkdim indi də çıxarmaq istəyirdim. Qismət olmadı"
İstintaq müəyyən edilib ki, Samir Salmanov çətənə kollarını həyətində yaşayış üçün nəzərdə tutulan tikilinin içərisində, divarların əhatəsində gizli şəkildə əkib-becərib və onlara aqrotexniki qaydada qulluq göstərib. Faktla bağlı Sabirabad Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.