Taliban NATO-nun 400 yük maşınını yandırdı
Əfqanıstanda silahlılar yanacaqla dolu 400 yük maşınını yandırıblar.
CNN telekanalının verdiyi məlumata görə, yük maşınlarında olan yanacaq Kabilin qərbində yerləşən NATO qüvvələri üçün nəzərdə tutulurmuş.
Hücuma görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.
Taliblərin liderləri bəyan ediblər ki, hədəf NATO qüvvələri üçün yanacaq daşıyan yük maşınlarının dayanacağı olub.
Sevinc Vaqifqızı APA TV