Gəncədə qanunsuz parklanmaya qarşı reyd
Gəncədə ictimai nəqliyyatın dayanacaqlarını zəbt edən sürücülərə qarşı reydlər keçirilib. 12 sürücü barəsində inzibati tədbirlər görülərək, cərimələr tətbiq edilib.Bu dəfəki reydlərin əsas məqsədi qanunsuz olaraq abtobus dayanacaqlarında avrtomobillərini park edən sürücüləri intizama dəvət etmək olub. Qeyd edək ki, qanunsuz park edən, o cümlədən ictmai nəqliyyatın dayanacaqlarını zəbt edən sürücülərə mavafiq məbləğdə cərimə çekləri yazılıb.