Nazir vətəndaşları qəbul etdi

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Respublikanın şimal qərb bölgəsində vətəndaşları qəbul edib. APA TV-nin şimal-qərb bürosunun məlumatına görə,   Qax rayon telekomunikasiya qovşağında keçirilən görüşdə  Balakən, Zaqatala, Qax, Şəki, Oğuz rayonlarından olan 50-dən artıq vətəndaş iştirak edib.

 

Qəbul zamanı vətəndaşların yaşadığı bölgələrdən videokonfrans şəklində rabitə əlaqəsi yaradılıb. Qəbulda əsasən ucqar kəndlərdə bankomat,  sürətli internet, ştat məsələləri və digər texniki problemlərlə bağlı müraciətlər üstünlük təşkil edib.

 

Müraciət olunan digər şikayətlərin bir çoxu isə yerindəcə öz həllini tapıb.  

 

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun sözlərinə görə, "Rayon poçt şöbələrində mikrokreditlərin verilməsi sahəsində pilot layihələr hazırlanır. Kənd təsərrüfatı sahəsində çalışanlara poçtların  vəsaiti hesabına kiçik həcmli  kreditlərin verilməsi məsələləri həllini tapacaq".

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyatı orqanlara çatdırılması üçün nəzarətə götürülüb.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov