İki məktəbli qardaş kanalda batıb
Siyəzən rayonunda iki məktəbli su kanalında batıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə məktəblilər su kanalında çimərkən baş verib.
Kanalda boğulanlar Siyəzən rayon sakinləri Rəvan və Elnur Zəkiyev qardaşlarıdır.
Artıq Rəvan Zəkiyevin meyiti tapılıb. Onun qardaşının cəsədinin tapılması istiqamətində işlər davam etdirilir. Qeyd edək ki, Rəvan Zəkiyevin 12 yaşı, Elnur Zəkiyevin isə 13 yaşı olub.