Bakı-Şamaxı-Yevlax yolunda 4 km-lik tıxac yaranıb
Göyçay rayonunda böyük avtomobil tıxacı yaranıb. APA TV-niın yerli bürosunun məlumatına görə, tıxac Bakı-Şamaxı-Yevlax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Uzunluğu 4 kilometr olan və mindən çox avtomobilin tıxacda qalmasına səbəb isə, yolda aparılan yenidənqurma işləri ilə bağlı olub.
Nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayının üzərindən keçən körpüsündə, eləcə də şəhərin 5 əsas giriş küçəsində, Göyçay-Qaraməryəm, Göyçay-Ağdaş və Göyçay-Ucar yollarında uzun avtomobil tıxacı yaranıb və bu proses bir neçə saat davam edib. Yol polisi əməkdaşları ərazidə nəqliyyatın hərəkətini tənzimləməyə çalışıblar. Saatlarla avtomobildə oturub gözləyən sürücülərin bir çoxu maşını yolda saxlayaraq getməyə məcbur olub.
Ərazidə yol-tikinti işlərini həyata keçirən “Azərinşaa” Şirkətinin yerli nümayəndəsinin sözlərinə görə, ağır tonnajlı yük maşınlaırndan biri Göyçay çayının üzərindəki kürpünün üstündə xarab olaraq qalıb. Digər avtomobillərin sürücüləri isə hövsələsiz olaraq pərakəndə şəkildə maşınları idarə edərək avtomobil tıxacına səbəb olub. Şirkətin nümayəndəsi yolda inşaat işlərinin 2 ay ərzində başa çatdırılacağını və yolun yenidən asfaltlanacağını bildirib.