Polşada idman təyyarəsi qəzası: 11 ölü
Polşanın Topolev yaşayış məntəqəsi yaxınlığında paraşütçüləri daşıyan “Piper PA-31T” təyyarəsi qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, nəticədə təyyarənin göyərtəsində olan 12 nəfərdən 11-i həlak olub.
İdman məktəbinə məxsus təyyarə yerə düşərkən alovlanıb. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Sağ qalan yeganə şəxs xəstəxanaya yerləşdirilib.