7 rayonumuz atəşə tutulub

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri növbəti dəfə atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV -yə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 40 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Qazax, Tovuz və Ağstafa rayonu istiqamətində yerləşən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutulublar.  Qarşı tərəf cavab atəşi ilə susdurulub. 

Müəllif | Apa.Tv