Hava dəyişkən buludlu və yağmurlu olacaq

İyulun 7-də Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buldulu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan  APA TV-yə verilən məlumata görə, şərq küləyi axşam şimal qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Gecə 21-26 , gündüz 34-38 dərəcə isti olacaq. Havanın əsasən yağmursuz keçəcəyi lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında gecə 20-21, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 25-28 dərəcə isti olacağı gözlənilir.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova