Bakıda “Volkswagen” işıq dirəyinə çırpıldı, dirək yola aşdı

Ötən gecə Bakının Xətai rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Prospektlə yüksək sürətlə Zığ şossesi istiqamətində hərəkət edən "Volkswagen-Passat" markalı avtomobil işıq dirəyinə çırpılıb. Zərbə o qədər güclü olub ki, dirək yerindən qoparaq yolun hərəkət hissəsinə aşıb. Avtomobil isə yararsız hala düşüb.

 

Qəza nəticəsində avtomobildə xəsarət alanların olub-olmadığını dəqiqləşdirmək mümkün olmayıb. Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv