Luqansk uğrunda döyüşlər gedir: separatçılardan partizan müharibəsi hədəsi
Ukraynada Luqansk uğrunda döyuşlər davam edir. Hərbi aviasiya şəhərin ətrafına bir neçə zərbə endirib. Bombalardan yaşayış evlərinə düşənlər də olub. Lakin xəsarət alanların olmadığı bildirilir.
Metallist qəsəbəsində də silahlı toqquşmalar yenidən başlayıb.
Ukrayna ordusu bəyan edib ki, Luqansk və Donetsk mühasirəyə alınacaq. Lakin Donestk separatçıları geri çəkilməyəcəklərini və şəhərdə partizan müharibəsi aparacaqlarını bildiriblər.
Dünən Donetkskdə 3000-ə yaxın adam Lenin meydanına toplaşıb. Onlar qondarma "Donetsk Xalq Respublikası"na dəstək veriblər.
Bu arada isə Ukrayna hərbçiləri Donetsk vilayətində iki yaşayış məntəqəsini Artyomovsk və Drujkovkanı separatçılardan azad ediblər. Slavyansk və Kramatorsk da Ukrayna ordusunun nəzarətindədir.
Ukraynanın müdafiə naziri separatçılardan azad edilən bölgəyə gedib.