Qaxda yanğın olub
Qaxda yanğın hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, yanğın rayonun Almalı kəndində, 43 yaşlı Ənvər Abdullayevə məxsus həyətyanı sahədə fərdi yaşayış evinə bitişik tikilmiş, ümumi sahəsi 168 kv.m olan talvarda qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində talvarın 72 kv.m sahəsinin yanar konustruksiyaları və həmin hissədəki əşyalar yanaraq yararsız hala düşüb. Yanğın zamnı alovun təsirindən talvara bitişik yaşayış evinin eyvanının lambir hissəsində ərimə baş verib.
Yanğınsöndürənlərin səyi nəticəsində talvarın qalan hissəsi, yaşayış evi və yaxınlıqdakı mal tövləsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.