Bakıda 20 yaşlı qız intihar edib

Bakıda 20 yaşlı qız intihar edib. İntihara səbəb qısqanclıq olub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Badamdar qəsəbəsində 3-cü massivdə qeydə alınıb. Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Gültəkin Maarif qızı Orucova özünü mətbəxdə asaraq intihar edib. Polisdən Gültəkin Orucovanın nişanlısı ona xəyanət etdiyinə görə intihar etdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv