ATƏT Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 8-də Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçləri Yevgeni Şarov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

Qeyd edək ki, Əlibəyli kəndi atəşkəsin ən intensiv pozulduğu ərazilərdən biridir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı