Maydanda yenidən atışma: ölənlər var

Bu gecə Ukrayna paytaxtında atışma olub. APA TV-nin məlumatına görə, atışma Maydanda qeydə alınıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, Maydan özünümüdafiə dəstələrinin üzvləri arasında baş verən atışmada bir nəfər güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Təsdiq olunmayan məlumatlara görə isə atışmada üç nəfər həlak olub. İnsidentin əsl səbəbi hələlik məlum deyil. Qeyd edək ki, prezident seçkilərindən sonra Maydandakı çadır şəhərciyinin söküləcəyi gözlənilsə də, sonradan özünümüdafiə dəstələri dağılışmaq üçün yeni tələblər irəli sürüblər. Onlar bildiriblər ki, tələbləri yerinə yetirilməyənə kimi Maydanı tərk etməyəcklər.

Müəllif | Apa.Tv
Apa.tv