Siyəzəndə 150 hektarı əhatə edən yanğın söndürüldü

Siyəzən rayonunda baş verən yanğın söndürülüb. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometrliyində “Siyəzən Broyler” ASC-yə məxsus ümumi sahəsi 8960 kv. m olan sökülmüş sexlərin içərisində məişət tullantıları, ərazidə 3 ha yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb.

Yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də APA-ya bildirilib ki, yanğının qarşısını bu gün səhər saatlarında almaq mümkün olub. Yanğın nəticəsində meşə fondunun təxminən 5 hektar ərazisinə ziyan dəyib.
 

Müəllif | Apa.Tv
Apa.tv