Eduard Şevardnadze vəfat edib

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze vəfat edib. APA TV-nin məlumatına görə, Gürcüstan Xarici İşlər Nazirliyi sabiq prezidentin vəfat etməsi faktını təsdiqləyib. Qeyd edək ki, Sovet İttifaqının xarici işlər naziri vəzifəsində çalışmış Eduard Şevardnadze 1992-ci ildə Gürcüstan Dövlət Şurasının rəhbəri, daha sonra ölkə prezidenti seçilib. 2003-cü ilə kimi prezident postunda qalan Şevardnadze 2003-cü ildə ölkədə baş verən kütləvi iğtişaşlardan sonra vəzifədən ayrılıb. Sabiq dövlət başçısının uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv