Baş Prokurorluq: Leyla Yunus istintaqa gəlməsə, müvafiq tədbirlər görüləcək

Baş Prokurorluq hüquq müdafiəçisi Leyla Yunusun növbəti dəfə istintaqdan yayınmasına münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Leyla Yunus xəbərdarlıqlardan nəticə çıxarmır: “Leyla Yunusova və əri Arif Yunusov 7-də istintaqa dəvət olunsalar da, üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar”.

Leyla Yunusun istintaqa gəlməyəcəyi təqdirdə barəsində hansı qərarın qəbul edilə biləcəyi sualına gəldikdə, E. Sultanov hüquq müdafiəçisini ölkə qanunlarına hörmət etməyə çağırıb: “Leyla Yunusova Azərbaycan Respublikasının vətəndaşıdır və digər vətəndaşlar kimi, o da öz növbəsində qanunların tələblərinə riayət etməklə onlara hörmətlə yanaşmalıdır. Əks təqdirdə, barəsində cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.

Müəllif | Apa.Tv
Apa.tv