Şabranda poçt müdiri özünü asıb

Şabranda intihar hadisəsi olub. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəvəçi massivi adlanan ərazisində qeydə alınıb. Rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zəkiyev özünü asıb. O, Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsinin müdiri olub.

Qeyd edək ki, intihar edən şəxs boşanıb və bir övladı var. Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Şabranda poçt müdirinin intihar etməsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun APA-ya verdiyi məlumata görə, Elvin Zəkiyevin müdir işlədiyi Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsində heç bir yoxlama aparılmayıb: “Elvin Zəkiyevin məhz bu səbəbdən və işi ilə bağlı intihar etməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

 

Müəllif | Apa.Tv
Vəli Turan