Nərimanovda iki “VAZ 2107” toqquşub; yaralanan var

Bakının Nərimanov rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Əbdülləzəl Dəmirçizadə ilə Təbriz küçəsinin kəsişməsində qeydə alınıb. Baxşızadə Gündüzün idarə etdiyi “VAZ 2107” ilə Hüseyn Məmmədovun idarə etdiyi eyni markalı avtomobil toqquşub. Nəticədə Hüseyn Məmmədov boğaz nahiyəsidən yüngül xəsarət alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra hər iki sürücü ifadələrinin alınması üçün polis şöbəsində aparılıb. Hadisə yerində araşdırma aparan Nərimonov Rayon Polis İdarəsinin əməkdaşlarının verdiyi məlumata görə, qəzanın əsl səbəbi hadisə yerində olan təhlükəsiz şəhər kamerasıan baxıldıqdan sonra məlum olacaq.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv