Meksika və Qvatemelada zəlzələ olub; ölənlər var

Meksikada 7,1 bal gücündə zəlzələ baş verib. APA TV-nin məlumatına  görə, zəlzələ nəticəsində ən azı 4 nəfər ölüb, onlarla tikiliyə ziyan dəyib. Yeraltı təkanların episentri Tapaçula şəhəri yaxınlığında, ocağı 75 km dərinlikdə yerləşib. Tapçula şəhər xəstəxanasına gətirilən yaralıların sayı 100-ü keçib.

Qvatemalada  da 6,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb, bir sıra tikililərə ziyan dəyib. Yeraltı təkanların episentri Meksikanın cənubi-şərqində yerləşib. Məlumatlara görə, zəlzələ nəticəsində Qvatemalanın bir neçə bölgəsində elektrik enerjisi kəsilib.

 

 

Müəllif | Apa.Tv