Ukraynada güc strukturları daha bir yaşayış məntəqəsini azad ediblər

Ukraynada güc strukturları Donetsk vilayətinin Semyonovka yaşayış məntəqəsini separatçılardan azad ediblər. APA TV-nin məlumatına görə, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, “İnformasiya Müqaviməti” qrupunun nümayəndəsi Dmitri Tımçuk özünün “Facebook” səhifəsində yazıb.

Digər yandan Ukrayna prezidenti Pyotr Poroşenko Təhlükəsizlik Xidməti yanında Antiterror mərkəzinin rəhbəri Vasili Krutovu tutduğu vəzifədən azad edib. Poroşenkonun digər sərəncamı ilə Ukrayna Təhlükəsizlik Xidməti sədrinin birinci müavini Vasili Qritsak  Antiterror mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Vasili Krutov 2014-cü ilin aprelindən Ukraynanın şərqində keçirilən xüsusi operativ əməliyyat qərargahına rəhbərlik edirdi.

 

Müəllif | Apa.Tv