Şıx çimərliyində 55 yaşlı kişi bədəninə daş bağlayaraq özünü dənizə atdı


Bakıda dəhşətli intihar hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx çimərliyində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan 55 yaşlı kişi bədəninə daş bağlayaraq özünü intihar məqsədi ilə dənizə atıb. İntihar edən şəxsin kimliyi araşdırılır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv