İŞİD-lə PKK arasında döyüşlər! Özgür Suriya Ordusundan PKK-ya dəstək!

İŞİD-lə PKK terror qruplaşması arasında döyüşlər davam edir. Döyüşlərdə hər iki tərəf çoxlu sayda itki verib. Suriyanın Rojava bölgəsinin Kobani kəndinə hücumdan sonra PKK-nın Suriya qanadı olan YPG səfərbərlik elan edib. Kürd terrorçular İŞİD-dən müdafiə olunmaq üçün əhalini silahlandırmağa başlayıblar. İŞİD Kobaninin ələ keçirərsə, İraq-Suriya sərhədindəki son sərhəd keçid məntəqəsi olan Tilkoçeri nəzarətə götürmüş olacaq. Qeyd edək ki, artıq iki ölkə sərhədindəki 3 sərhəd-keçid məntəqəsindən ikisi İŞİD-in nəzarətindədir. İŞİD terrorçularının sərhədi bütünlüklə nəzarətə götürməsi İraqdan silah daşıyan Suriyadakı digər silahlı qruplaşmaları ağır vəziyyətdə qoya bilər, bu səbəbdən Özgür Suriya Ordusu dünən yaydığı açıqlamada Kobani uğrunda döyüşlərdə PKK terrorçularına dəstək verəcəyini açıqlayıb və bölgəyə əlavə güclər göndərib.

Müəllif | Apa.Tv
Apa.tv