“Galatasaray” Prandelli ilə 2,3 milyon avroya anlaşdı

“Galatasaray” klubu İtaliya millisinin sabiq baş məşqçisi Cezare Prandelli iki illik razılaşma əldə etdiyini birjaya açıqlayıb. APA TV-nin məlumatına görə, 2014-2015 və 2015-2016-cı il mövsümlərində “Galatasaray”a rəhbərlik edəcək Prandelli hər il üçün 2,3 milyon avro maaş alacaq. Əgər “Galatasaray” klubu bu mövsüm çempion olarsa və Çempionlar Liqasının yarımfinal mərhələsində oynamaq hüququ qazanarsa, Prandellinin növbəti mövsüm üçün maaşına 350 min avro əlavə ediləcək. Bundan başqa “Galatasaray”ı iki mövsüm ard-arda çempion edəcəyi təqdirdə Prandelliyə hər il əlavə olaraq 1 milyon avro ödənəcək. İtalyan məşqçi Türkiyə Kubokunu qazanacağı təqdirdə əlavə olaraq 500 min mükafat alacaq. Prandelli “Galatasaray”ı Çempionlar liqasının fnalına çıxararsa 1 milyon dollar, finalda qalib gələrsə əlavə 2 milyon dollar alacaq.
 

Müəllif | Apa.Tv
Apa.tv