Ağstafada TIR qoyun sürüsünə girdi

Ağstafada yük avtomobili qoyun sürüsünə girib, xeyli heyvan ölüb. Bakı-Qazax avtomagistral yolunu, 461-ci kilometrliyində, Ağstafa rayonunun Qırlı kəndi ərazisində heyvanların ölümü ilə nəticələnən hadisə baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, sürətlə gələn TIR kənd sakini Samir İlqarova məxsus qoyun sürüsünə girib. Nəticədə 5 qoyun hadisə yerində tələf olub, bir neçəsi isə yaralanıb. Türkiyə Respublikasına məxsus olan avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Kənd sakinlərinin bildirdiyinə görə, hadisə baş verən ərazidə yol nişanları hətta radar quraşdırılmasına baxmayaraq bəzi sürücülər burada yüksək sürətlə hərəkət edirlər. Qeyd edək ki, təxminən 3 həftə öncə Bakı-Qazax avtomagistralının Dağ Kəsəmən kəndi ərazisində oxşar qəza baş vermişdi. Hadisə nəticəsində 11 baş iribuynuzlu mal-qara avtomobilin vurulması nəticəsində ölmüşdü.
 

Müəllif | Apa.Tv
Apa.tv