Bakıda yağış yağacaq, güclü külək əsəcək

İyulun 8-dən 9-na keçən gecə Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, sabah gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyulun 9-da hava şəraitinin gündüz əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bölgələrdə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
 

Müəllif | Apa.Tv
Apa.tv