Səfir Qaley Əliyeviç: “Bu müşavirə xarici siyasətimizin gələcəyi üçün güclü təkan olacaq”

"Dövlət başçısı beynəlxalq təşkilatlarla əməkdaşlıqdan da danışdı, diaspor təşkilatları ilə səfirliklərimizin birgə fəaliyyətinin önəmini qeyd etdi. Prezident İlham Əliyev, həmçinin enerji diplomatiyasındakı uğurlara diqqəti cəlb etdi, bu imkanların xarici siyasətimizə müsbət təsir göstərdiyini dedi. Bildirdi ki, ölkəmizin bütün istiqamətlərdə düşünülmüş konseptual yanaşmaya söykənən siyasəti vardır və uğurlarımız buna əsaslanır". Bu fikirləri APA TV-yə Azərbaycan Malayziyada fövqəladə və səlahiyyətli səfiri Qaley Əliyeviç deyib.

"İlk növbədə cənab prezident xarici siyasətimizin prioritetlərini geniş təhlil edib. Əsas məqsəd və hədəflərimizin, xarici siyasətin qarşıdakı istiqamətlərini diplomatların diqqətinə çatdırıb. Hesab edirəm ki, bu görüş xarici siyasətimizin gələcəyi üçün güclü təkan olacaq. Bu toplantı yeni nəfəs və yeni gücdür”.

Toplantı zamanı xüsusi vurğulanıb ki, diplomatların fəaliyyəti ilk növbədə Dağlıq Qarabağ münaqişəsi, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı