Maşına yol verməmək üstündə törədilən qətlə görə daha bir nəfər tutuldu

Bakıda iki gün öncə baş verən qətl hadisəsində iştirak edən daha bir nəfər tutulub. APA TV-nin Daxili İşlər Nazirliyinin (DIN) saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da Zabrat qəsəbə sakini Andrey Sibizovun qətlə yetirilməsində iştirak etmiş digər şəxs - Bakı şəhər sakini Pərvin Qocayev tutulub. Qeyd edək ki, iyulun 7-də Zabrat qəsəbəsi, Nizami küçəsində yaşayan, 1984-cü il təvəllüdlü Andrey Sibizov naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib. Bundan əvvəl Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Orxan Mehdiyev də tutulub. Hadisə sürücülərin bir-birinə yol verməməsi üstündə olub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı