Bakıda ağır yol qəzası! “Toyota Prado” yoldan çıxaraq aşdı!

Bakıda ağır yol qəzası baş verib. APA TV-nın verdiyi məlumata görə, hadisə saat 11.45 radələrində paytaxtın Rüstəm Rüstəmov küçəsi ilə Məhsəti Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb. Kürdəmir rayon sakini Məmmədov Bəhruz İkram oğluna məxsus Toyota Prado” markalı, “99 EP 990” dövlət nömrə nişanlı avtomobil “Lada Prioda” markalı maşınla toqquşub. Zərbənin gücündən “Toyota Prado” aşıb. Nəticədə hər iki avtomobilin sürücüləri xəsarət alıb. Qəzanın "Toyota"nın əsas yolla hərəkətdə olan digər nəqliyyat vasitəsini gözləməməsi səbəbindən baş verdiyi ehtimal olunur. Hazırda Dövlət Yol Polisinin əməkdaşları hadisə yerində araşdırma aparır.

 

Müəllif | Apa.Tv