Bədbəxt hadisə! Xaçmaz sakinin başına ağac düşdü!


Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb. Araba ilə şəxsi təsərrüfatından ot gətirən 59 yaşlı kənd sakini Abdullayev Eyvaz Baləmi oğlunun başına ağac budağı düşüb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Mərhumun cəsədi kənd sakinlərinin köməkliyi ilə ağacın altından çıxarılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv