Paytaxtda təmirə dayanan yol istifadəyə verildi
Xətai rayonunun Xocalı prospektində təmir işləri başa çatıb. Ümumi uzunluğu 1100 metrdən artıq olan prospekt əsaslı şəkildə yenidən qurulub. Bunu APA TV-yə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, prospekt boyu kommunikasiya xətləri dəyişdirilib, qranit səki daşları düzülüb, asfalt-beton örtük, yağış barmaqlıqları, kommunikasiya quyularının dəmir-beton piltələri və baxış qapaqları yenisi ilə əvəz edilib. Xatırladaq ki, prospekti bu ilin aprel ayından əsaslı təmirə bağlanıb.