Şəkidə dəhşətli qəza: 4 ölü, bir yaralı!

Şəkidə baş verən dəhşətli yol qəzasında 4 nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. APA TV-nin  məlumata görə, ağır yol qəzası  Şəki-Qax yolunun 20-ci kilometrliyində, rayonun Baş Layski kəndi ərazisindən keçən hissəsində  qeydə alınıb.

 

Şəki rayonunun Cunut kənd sakini,  29 yaşlı Xəyal Ağası oğlu Əbdurrəhmanovun  idarə etdiyi “VAZ-2107” markalı avtomobillə  Şəki rayonunun Aşağı Layski kənd sakini, 30 yaşlı Ruslan Mixayıl oğlu Yusifovun idarə  etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.

 

Qəza nəticədə  “VAZ-2106”-nın sürücüsü Ruslan Yisifov  və onun sərnişinləri, Şəki rayonunun Aşağı  Layski kənd sakinləri - 31 yaşlı Əbdurrəhmanov Sadiq Akif oğlu, 33 yaşlı Məmmədhəsənov Səxavət Əli oğlu,  həmçinin “VAZ-2107”-nin sürücüsü  Xəyal Əbdurrəhmanov  aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən  hadisə yerində keçiniblər. “VAZ-2107”-nin sərnişini Şəki rayonunun Cunut kənd sakini, 47 yaşlı Bayramov Bəhram Bayram oğlu isə xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində  cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov