Ağdaş sakini həyat yoldaşını küçənin ortasında bıçaqladı
Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə hadisə Ağdaş şəhərindəki Heydər Əliyev prospektindəki beşmərtəbəli binanın qarşısında baş verib. Rayon sakini 1970-ci il təvəllüdlü Əli Əliyev aralarındakı münasibətlər zəminində baş verən dava zamanı həyat yoldaşı 1981-ci il təvəllüdlü Roza Fərhadovanı bıçaqlayıb. Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Roza Fərhadova Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşan Roza Fərhadova müalicə üçün Mingəçevir şəhərinə aparılıb. Qeyd edək ki, 13 il məhkumluq həyatı sürmüş Əli Əliyev Roza Fərhadova ilə rəsmi nikahda olub və bir övladları var. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, xəsarət alan qadını çəkmək istəyən jurnalistlərə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müdaxilə edilərək çəkilişə mane olunub.