Yevlax sakini Ağdamda minaya düşüb

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mülki şəxs minaya düşüb. APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb. Cəbhə xəttində qoyun otaran Yevlax rayon sakini, 1964-cü il təvəllüdlü Mirzə Vəli oğlu Həmzəyev minaya düşərək ağır yaralanıb. Onun vəziyyətinin kritik olduğu bildirilir. Ağdam rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər.
 

Müəllif | Apa.Tv
Apa.tv