Mədəsindən 159 bağlama heroin çıxarılan azərbaycanlının məhkəməsi başlandı

Mədəsində gizlətdiyi heroini Bakıdan - Vladivostoka gətirən Azərbaycan vətəndaşının məhkəmə prosesinin hazırlıq içlası keçirilib. APA TV-nin məlumatına görə, saxlanılan şəxs 159 bağlamanı udub, əvvəl Moskvanın "Domadedovo" hava limanına, daha sonra isə Vladivostoka gedib. Buradan isə Naxodka şəhərinə çatan zaman polis əməkdaşları tərəfindən saxlanılıb. Xüsusi vasitələrlə bağlamalarda olan vasitə aşkar olunaraq maddi sübut kimi onun mədəsindən çıxarılır. Törətdiyi əmələ görə, azərbaycanlını azı 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.
 

Müəllif | Apa.Tv
Apa.tv