Cəlilabadda Gəncə sakinindən 7 kiloqram marixuana tutulub

Cəlilabad polisi narkotik tərkibli marixuananı satmaq istəyən şəxsi “iş başında” yaxalayıb. Cəlilabad rayon Polis Şöbəsindən (RPŞ) APA TV-nin cənub bürosuna verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri zamanı Gəncə şəhər sakini, 49 yaşlı Rəhim Fərhad oğlu Tağıyev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ilkin ifadəsində Rəhim Tağıyev Şəmkir rayonunda yolun kənarından yığdığı 7 kiloqram marixuananı satmaq məqsədilə Cəlilabad rayonuna gətirdiyini və bu işdə adları polisə hələlik məlum olmayan daha 2 nəfərin onunla şərik olduğunu bildirib. Lakin həmin şəxslər Cəlilabada çatdıqdan sonra gizlicə aradan çıxıblar. Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdımalar davam etdirilir.

 

Müəllif | Apa.Tv