Professor Vaqif Arzumanlı vəfat edib

Azərbaycan elminə ağır itki üz verib. Professor Vaqif Arzumanlı vəfat edib. APA-nın verdiyi məlumata görə, Vaqif Arzumanlı Nabranda dünyasını dəyişib. Vaqif Arzumanlı xərçəng xəstəliyindən əziyyət çəkib. Vaqif Arzumanlı 1947-ci ildə Quba rayonunda anadan olub. 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxuyub. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləyib. Vaqif Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitutunun direktoru olub. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edib. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələr üzrə direktor müşaviri idi. Onunla vida mərasimi sabah keçiriləcək.
 

Müəllif | Apa.Tv
Apa.tv