Tahir Tağızadə Böyük Britaniyaya səfir təyin olundu-SƏRƏNCAM

Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə vəzifəsindən azad olunaraq ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. APA TV-nin məlumatına görə, prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Prezidentin digər sərəncamı ilə Fəxrəddin Qurbanov Azərbaycanın Böyük Britaniyadakı səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısı həmçinin Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyevin geri çağırılaraq Çex Respublikasında səfir təyin olunması barədə də sərəncamlar imzalayıb. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı