Lənkəranda “Mersedes” hasara çırpıldı; 1 ölü, 1 yaralı

 

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun  məlumatına görə, hadisə rayonun Boladi kəndi ərazisində qeydə alınıb.

 Kənd sakini, 39 yaşlı Eldəniz Ramiz oğlu Babayevin idarə etdiyi “Mercedes” markalı, “10 RT 523” dövlət nömrə nişanlı minik avtomobili yolu keçən piyadanı vurmamaq üçün manevr edərkən yol kənarında olan evin daş hasarına çırpılıb.

 

Nəticədə avtomobildə olan sərnişin, Boladi kənd sakini, 50 yaşlı Xalid Paşa oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq,  Xalid Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

 

Qəza zamanı yüngül bədən xəsarətləri almış avtomobilin sürücüsünə isə, kənd sahə xəstəxansında müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv