Qubada 20 yaşlı gənci maşın vurub

Qubada piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba yolunun 150-ci km-də, Qubanın Paşa-oba kəndi ərazisində  qeydə alınıb. Belə ki, 28 yaşlı Quba rayon İsnov - qışlaq kənd sakini Rəşad Qasımov ”QAZ 2705” markalı avtomobili ilə  yolu keçməkdə olan 20 yaşlı Bərqov kənd sakini Əhmədov Sahil Seyfəddin oğlunu vurub. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Zərərçəkənə açıq kəllə beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub. Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

 

 

Müəllif | Apa.Tv
Vəli Turan