Hökumət Evinin qarşısında baş verən qəzada sürücü xəsarət alıb

Bakının Səbail rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV –nin məlumatına görə, hadisə Hökumət Evinin qarşısında  qeydə alınıb.  Azadlıq prospekti ilə Neftçilər prospektinin kəsişməsində “Toyota” və “Hyundai” toqquşub. Nəticədə “Hyundai”nin sürücüsü yaralanıb. Hadisə yerinə təcili yarıdm çağırılıb. Yaralı Bəxtiyar Feyzullayevə ilkin yarım göstərildikdən sonra o 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb.  Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsindən APA TV-yə verilən məlumata görə,  qəzaya “Toyota”nın sürücüsü səbəb olub. O, sərt manevr edərək “Hyundai”ın yoluna çıxıb.  Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv