DÇ-nın finalında Almaniyanın rəqibi Argentina oldu

Futbol üzrə Dünya Çempionatının ikinci finalçısı müəyyənləşib. APA TV-nin məlumatına görə, yarımfinal matçında Hollandiya və Argentina milliləri görüşüb. Oyunun əsas hissəsi heç-heçə bitib. Komandalar qalibi müəyyənləşdirmək üçün 15 dəqiqəlik iki əlavə hissəni oynayıblar. Əlavə hissələr də də qol olmayıb və qalib penaltilərlə müəyyənləşib.

Argentina millisindən  Messi, Esekyel Qaray, Serxio Aquero və Maksi Rodriges penalti zərbələrini dəqiq yerinə yetiriblər.

Hollandiya yığmasından isə Ron Vlar və Uesli Sneyderin zərbələrindən sonra qapıçı komandasını xilas edib.

 

Beləliklə, Hollandiya yığmasını 4:2 hesabı ilə məğlub edən Argentina millisi turnirin finalına vəsiqə qazanıb. Finalda argentinalıların rəqibi almanlar olacaq.

 

 

Müəllif | Apa.Tv