Bakılı "braziliyalıların" üzüntüsü

"Və nəhayət gözlənilən an gəlib çatdı. Futbol üzrə Dünya Çempionatının yarım final mərhələsində Almaniya-Braziliya oyunu 7-1 hesabı ilə Almaniyanın qələbəsi ilə nəticələndi. Almaniya azarkeşləri sevindi, Baziliya tərəfdarları isə məyus oldu. Bəs görəsən Bakıda bu komandaların azarkeşləri nə düşünür? Almaniyanın böyük hesablı qələbəsini təsadüfmü sayır, yoxsa Brzailiyanın oyunu üçün bu nəticə gözlənilən idimi?

Paytaxt sakinləri arasında Braziliya futbol komandasının azarkeşləri açıq-aşkar seçilirdi. Üzlərində olan təəssüf ifadəsi onlar sanki komandalarından gözləmədikləri məğlubiyyətinin səbəblərinin cavabını axtarırdılar. Kimi sevimli komandasının məğlubiyyətində qapıçını günahlandırır, kimisi də braziliyalıların bəxtsizliyini hücumçu Neymarın və müdafiəçi Silvanın çempionatı vaxtından əvvəl tərk etməsində gördü. Amma nəticə birdir. Braziliyalı futbolçular milyonlarla azarkeşini 90 dəqiqə ərzində məyus etdilər. APA TV çəkiliş aparan zaman qarşılaşmanın bitməsindən saatlar keçsə də hələdə Braziliyanın məyus azarkeşləri sevimli komandalarının formasını əyinlərində gəzdirirdilər. Braziliyalıların azarkeşlərini sözün əsl mənasında əzən almanlar isə tarix yazdılar. Tarix yazan həm də Almaniyanın hücumçusu Miroslav Kloze oldu. Mundialda vurduğu qolların sayını 16-ya yüksəltməklə. Bütün bunlar isə Almaniyalı azarkeşlərin diqqətindən yayınmadı. Yarımfinal həyəcanı isə bu gündə davam edəcək. Azərbaycanda kifayət qədər azarkeşləri olan Hollandiya və Argentina komandaları üz-üzə gələcəklər. Biz isə layiq olan qazansın deyirik.
 

Müəllif | Apa.Tv