Ermənistan çempionu Çempionlar Liqasında məhəllə komandasına uduzub

Futbol üzrə Çempionlar Liqasının birinci təsnifat mərhələsi Ermənistan üçün biabırçı nəticə ilə yekunlaşıb. APA TV-nin məlumatına görə, Andorranın "Santa-Kalome" klubu Ermənistan cempionu "Banas"ı əli boş yola salıb. Öz ölkəsində erməniləri 1 : 0 hesabı ilə məbluğ edən andorralılar cavab oyununa meydana rahat çıxıblar. 20-ci dəqiqədə ilk qol da Andorralılardan gəlib 1:0. Rüsvayçılığı hiss edən ermənilər toparlanaraq fasiləyə qədər qolardan birinin əvəzini çıxıblar. Fasilədən sonra daha 2 qol vuran ermənilər məsələni bitmiş hesab etdikləri bir vaxtda andorralıların yerinə yetirdikləri  künc zərbəsini qapısını tərk edib komanda yoldaşlarına köməyə gələn qolkiper tora qovuşdurub. Bu qoldan sonra üzlərini tutub yerə sərilən erməniləri hakim meydanın mərkəzinə  zorla gətirib. Qeyd edək ki, Andorranın "Santa-Kalome" klubu bu  qələbədən sonra tarixində ilk dəfə Çempionlar  Liqasının 2-cı  təsnifat mərhələsinə vəsiqə qazanan yeganə ölkə klubu olub.       

Müəllif | Apa.Tv
Apa.tv