Azərbaycanda zəlzələ baş verib

Bu gün səhər Xəzər dənizində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla 06:08-də Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 55 kilometr olub. Təkanlar hiss olunmayıb. Qeyd edək ki, son vaxtlar Azərbaycan ərazisində zəlzələlər tez-tez qeydə alınır.

Müəllif | Apa.Tv
Apa.tv