Bakıda polis rəisləri dəyişdi

Bakı şəhərində bir neçə polis bölməsinə yeni rəis təyin olunub. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Binəqədi rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Turavi Paşayev Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə rəis təyin edilib. Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı Vahid Əliyev Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə, Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin rəis müavini Murad Hüseynov isə 26-cı bölməyə rəis təyin edilib. Bundan başqa, Binəqədi RPİ-nin müvəqqəti saxlanma məntəqəsinin rəisi Faiq Həsənov Sabunçu RPİ-nin cinayət axtarış şöbəsinin rəisi təyin olunub.

Müəllif | Apa.Tv
Apa.tv