Bakıda təyyarə qəzaya uğradı - YENİLƏNİB

Bakıda təyyarə qəzaya uğrayıb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsinə qeydə alınıb. “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “CESSNA” markalı iki nəfərlik təlim təyyarəsi Zabrat aeroportundan havaya qalxıb. Lakin təyyarədə yaranan nasazlıq səbəbindən bir az sonra boş ərazidə qəzaya uğrayıb. Hadisə zamanı xəsarət alan olmayıb. “Azərbaycan Hava Yolları” QSC (AZAL) təyyarə qəzasının səbəbini açıqlayıb. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Cessna 172 F” birmühərrikli təyyarəsi təlim uçuşları zamanı məcburi eniş edib. Onun sözlərinə görə, təyyarədə nasazlıq baş verib və mühərrik sıradan çıxıb. “Təlim təyyarəsində iki nəfər - bir təlimatçı pilot və bir təcrübəçi pilot olub. Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçib və təyyarəni endirib. Nəticədə xəsarət alan olmayıb”.
 

Müəllif | Apa.Tv
Apa.tv